AZ

Bakıda marketdən oğurluq edilib

Binəqədi rayonunda yerləşən mağazaların birindən oğurluq edilib.

Ucnoqta.az xəbər verir ki, naməlum şəxs obyekti talayaraq icarədara 2075 manat maddi zərər vurub.

Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 37 yaşlı S. Aydınovu müəyyən edərək saxlayıblar.

Araşdırmalar nəticəsində məlum olub ki, o, bir müddət mağazanı kənardan müşahidə edərək açılma və bağlanma vaxtlarını dəqiqləşdirib. Daha sonra gecə saatlarında obyektin qapısını sındırmaqla, içəri daxil olaraq nağd pul, bank kartları, tütün məmulatı və digər dəyərli malları talayıb.

Fakt üzrə araşdırmalar aparılır.

Seçilən
30
7
ucnoqta.az

10Mənbələr