AZ

İran müharibəsi hansı şərtlərlə bitə bilər?

ain.az, Cebheinfo saytına istinadən bildirir.

ABŞ, İsrail və İran müharibəsi fonunda ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi açıqlamalar müəyyən ziddiyyətlər yaradır.

Belə ki, Tramp bəzi müsahibələrində ABŞ-nin artıq bütün hədəflərinə çatdığını və müharibənin tezliklə dayana biləcəyini desə də, digər çıxışlarında savaşın bitməsi ilə bağlı səsləndirilən fikirlərin onun sona çatacağı anlamına gəlmədiyini vurğulayır.

O, ABŞ-nin qarşıya qoyduğu məqsədlərə tam şəkildə nail olacağını bildirir. Xatırladaq ki, müharibənin əvvəlində Vaşinqtonun əsas tələblərindən biri İranın nüvə proqramından tamamilə imtina etməsi və ölkənin ballistik raket potensialının məhdudlaşdırılması, həmçinin İranda rejim dəyişikliyinin baş verməsi və hakimiyyətin xalq tərəfindən dəyişdirilməsi idi.

Bəs mövcud vəziyyətdə müharibə hansı şərtlərlə bitə bilər?

“Cebheinfo.az”-a açıqlamasında politoloq Qulamhüseyn Əlibəyli bildirib ki, ABŞ və İsrailin İrana endirdiyi raket və aviasiya zərbələri qarşıya qoyulan məqsədlərə tam nail ola bilməyib:

“İndiki mərhələdə İran rejiminin tam məğlubiyyətindən danışmaq tezdir. Hazırkı şəraitdə görünən budur ki, ABŞ və İsrailin İrana raket və aviasiya zərbələri ilə öz məqsədinə tam şəkildə çatmadı. Rejimin rəhbəri, əsasən də yüksək rütbəli zabitlər öldürülsə də, rejimi məhv etmək və ya əsaslı şəkildə sarsıtmaq mümkün olmadı. 

Bu gün ABŞ və İsrail cütlüyü İrana qarşı quruda hərbi əməliyyatlardan çəkinir. Ona görə də İraqdakı kürd silahlı dəstələrindən istifadə olunmasına cəhd edildi. Bu variant da alınmayandan sonra İran rejiminin daxildən parçalanması taktikasına üstünlük verildi.

Buna görə də Netanyahu tez-tez İran əhalisinə müraciət edərək onları rejimə qarşı mübarizəyə çağırır, rejimi dəyişmək üçün İran əhalisinə hər cür kömək göstəriləcəyini və lazımi şərait yaradılacağını bildirir.

Lakin İran əhalisi hazırkı rejimə qarşı dəfələrlə etiraza qalxsa da, cəmiyyətdə ABŞ və İsrailə münasibətdə formalaşmış stereotiplər bu dövlətlərin köməyindən istifadəyə imkan vermir".

Politoloq əlavə edib ki, bu baxımından, müharibənin uzun müddət davam edəcəyi ehtimalı azdır:

"Bu müharibənin necə və hansı şərtlərlə bitə biləcəyi bir sıra hərbi, geosiyasi və diplomatik amillərdən asılıdır. İranın proksi qüvvələri (“Hizbullah”, HƏMAS, Husilər və s) hərbi əməliyyatlara tam miqyasda qoşula bilər.

Regionda maraqları toqquşan Rusiya, Çin kimi dövlətlər hərbi əməliyyatlara qoşulmasalar da müharibənin dayandırılmasında maraqlıdırlar. Region dövlətləri, o cümlədən ABŞ-nin əsas müttəfiqləri olan ərəb dövlətləri də müharibənin davam etməsinə qarşıdırlar.

Çox güman ki, hərbi əməliyyatların dayandırılmasına tərəfdar olan dövlətlərin səyi ilə müharibə diplomatik danışıqlar və razılaşma yolu ilə bitəcək. ABŞ-nin və İsrailin irəli sürdüyü tələblərin bəziləri, nüvə proqramına məhdudiyyətlər qoyulması, İranın neft potensialının istismarında ABŞ-nin müəyyən dərəcədə iştirakı İran rejimi tərəfindən qəbul edilə bilər.

Bütün hallarda İran rejiminin hər hansı bir məsələdə kiçik də olsa, güzəşti Tramp tərəfindən qələbə kimi qələmə 

Əfsanə Rəcəb

"Cebheinfo.az"

Açar sözlər:

ABŞ- İsrail- İran Qulamhüseyn Əlibəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
cebheinfo.az

1Mənbələr