AZ

İpotekaya yararlı mənzillər satışa çıxarıldı

Bazar qiymətindən xeyli aşağı, yeni, təmirli, ipotekaya yararlı mənzillər satışa çıxarılıb.

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

 

ƏƏSMN-in sosial layihəsi çərçivəsində kv. metri bazar qiymətindən xeyli aşağı olmaqla, 435-830 manat aralığında yeni mənzillərin satışı davam edir.

 

Bildirilib ki, Bakının Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış komplekslərində olan bu mənzillərin hər biri 3 və 4 otaqlıdır, tam təmirlidir və istifadə olunmayıb, çıxarışlıdır, ipoteka krediti ilə də almağa uyğundur.

 

Mənzillərlə ms.sosial.gov.az portalında tanış ola və seçdiyiniz mənzili portaldakı “Bron et” düyməsini sıxmaqla bron edə bilərsiniz. Bir mənzili 3 şəxs bron edə bilər, ilk bron edən şəxs mənzili almasa, mənzili almaq hüququ bron etmiş digər şəxsə keçir.

 

Mənzili bron edərək alan şəxslə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 10 gün müddətində alqı-satqı müqaviləsi bağlanır. Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda ala bilər. Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına yönəldilir. Əlavə məlumat üçün 142-Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

Tarix: 14 Mart 2026, 12:03   
Seçilən
30
16
pravda.az

10Mənbələr