AZ

Bakıda ucuz mənzillər satışa çıxarıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏMSN) həyata keçirdiyi sosial layihə çərçivəsində kvadratmetri bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı olan yeni mənzillər satışa çıxarıb.

Far.Az nazirliyə istinadən xəbər verir ki, mənzillərin kvadratmetr qiyməti 435-830 manat intervalında müəyyən edilib.

Paytaxt Bakının Ümid qəsəbəsində, eləcə də Abşeron və Samux rayonlarında yerləşən yeni yaşayış komplekslərindəki bu mənzillərin hər biri aşağıdakı xüsusiyyətlərə malikdir:

- 3 və 4 otaqdan ibarətdir, tam təmirli vəziyyətdədir və əvvəllər istifadə olunmayıb,

- Çıxarışı mövcuddur, ipoteka krediti vasitəsilə əldə etmək üçün uyğundur.

Mənzillər barədə ətraflı məlumat ms.sosial.gov.az portalında əldə edilə bilər. Mənzili həmin portalda "Bron et" düyməsinə basmaqla rezerv etmək mümkündür.

Hər bir mənzili maksimum 3 nəfər bron edə bilər. Əgər ilk bron edən şəxs mənzili almaqdan imtina edərsə, alış hüququ növbə ilə bron etmiş digər şəxsə ötürülür.

Mənzili bron edərək satın alan şəxslə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 10 gün ərzində alqı-satqı müqaviləsi rəsmiləşdirilir.

Satışa təqdim edilən mənzillər bir neçə qəsəbə və rayondakı yeni yaşayış komplekslərində yerləşir. Aşağıda hər bir mənzilin ətraflı məlumatları təqdim olunur:

Ümid qəsəbəsi

Bina-1, mənzil 47 - 83,5 kv.m sahəli 3 otaqlı mənzil. Kvadratmetr üzrə qiymət 700 manat, ümumi dəyəri 58 450 manat.

Kürdəxanı qəsəbəsi

Bina-1, mənzil 32 - 71 kv.m sahəli 3 otaqlı mənzil. Kvadratmetr üzrə qiymət 840 manat, ümumi dəyəri 59 640 manat.

Ramanı qəsəbəsi

Bina-16, mənzil 31 - 100,7 kv.m sahəli 4 otaqlı mənzil. Kvadratmetr üzrə qiymət 850 manat, ümumi dəyəri 85 595 manat;

Bina-14, mənzil 37 - 79,2 kv.m sahəli 3 otaqlı mənzil. Kvadratmetr üzrə qiymət 850 manat, ümumi dəyəri 67 320 manat.

Abşeron rayonu

Bina-81, mənzil 26 - 69,2 kv.m sahəli 3 otaqlı mənzil. Kvadratmetr üzrə qiymət 830 manat, ümumi dəyəri 57 436 manat;

Bina-81, mənzil 36 - 82,8 kv.m sahəli 4 otaqlı mənzil. Kvadratmetr üzrə qiymət 780 manat, ümumi dəyəri 64 584 manat;

Bina-81, mənzil 35 - 69,2 kv.m sahəli 3 otaqlı mənzil. Kvadratmetr üzrə qiymət 780 manat, ümumi dəyəri 53 976 manat;

Bina-81, mənzil 34 - 69,2 kv.m sahəli 3 otaqlı mənzil. Kvadratmetr üzrə qiymət 780 manat, ümumi dəyəri 53 976 manat;

Bina-81, mənzil 33 - 71 kv.m sahəli 3 otaqlı mənzil. Kvadratmetr üzrə qiymət 780 manat, ümumi dəyəri 55 380 manat;

Bina-81, mənzil 32 - 82,8 kv.m sahəli 4 otaqlı mənzil. Kvadratmetr üzrə qiymət 830 manat, ümumi dəyəri 68 724 manat;

Bina-81, mənzil 31 - 69,2 kv.m sahəli 3 otaqlı mənzil. Kvadratmetr üzrə qiymət 830 manat, ümumi dəyəri 57 436 manat;

Bina-81, mənzil 30 - 69,2 kv.m sahəli 3 otaqlı mənzil. Kvadratmetr üzrə qiymət 830 manat, ümumi dəyəri 57 436 manat.

Seçilən
14
2
far.az

10Mənbələr