Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniya Baş naziri Keyr Starmer arasında telefon danışığı olub.
Söhbət zamanı Tramp ABŞ-nin artıq Yaxın Şərqdə hərbi əməliyyatlar üçün Britaniya bazalarına ehtiyacı olmadığını bildirib.
“Cebheinfo.az” xəbər verir ki, adı açıqlanmayan mənbə “Axios”a bildirib ki, Ağ Evin rəhbəri Britaniyanın son mövqeyindən narazı qalıb.
Tramp öz sosial şəbəkə hesabında qeyd edib ki, London zamanında lazımi addımı atmalı idi:
"Bunu müharibədən əvvəl təklif etməli idiniz. İndi isə çox gecdir”.
Amerika lideri Starmerin mövqeyini kəskin tənqid edərək onu London və Vaşinqton arasındakı xüsusi münasibətləri məhv etməkdə günahlandırır.
O, həmçinin Starmerin transatlantik münasibətlərə yanaşmasında "Uinston Çörçill" olmadığını bildirib.
Daha sonra Ağ Ev rəhbəri Starmeri gizli şəkildə "məğlub lider" adlandırıb. Starmer isə Trampın strategiyasını axmaq strategiya hesab edib.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.