AZ

Müşviqabad hövzəsində yeni kanalizasiya kollektorları tikilir

Su Ehtiyatları Agentliyi içməli və tullantı su sistemlərinin qurulması, yenilənməsi üzrə tikinti-quruculuq işlərini plan üzrə davam etdirir.

Bu barədə Publika.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Qeyd edilib ki, qurumun tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonu ərazisində yeni kanalizasiya kollektorlarının və tullantı sularının təmizlənməsi qurğularının tikintisinə başlayıb.

Layihə çərçivəsində Müşviqabad hövzəsində gündəlik məhsuldarlığı 75 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi həyata keçirilir.

Layihəyə uyğun olaraq qurğunun bir sıra əsas və yardımçı hissələrinin tikintisi tamamlanıb, iri barmaqlığın qurşaq tirlərinin betonlama prosesi yekunlaşıb və hazırda son mərhələ olaraq qazıntı işləri aparılır. Kiçik barmaqlıq qurğusu üzrə qazıntı artıq başa çatdırılıb.

Seçilən
46
publika.az

1Mənbələr