Xocavənd rayonu Xanoba kəndinə qayıdan ailələrə mənzillərin açarları təqdim olunub.
"Report"un Xocavəndə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bu mərhələdə Xocavənd rayonunun Xanoba kəndinə 25 ailə (114 nəfər) qayıdışı baş tutub.
Doğma ocağına qayıdan sakinlərə mənzillərin açarları təqdim olunub.
Sakinlərə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyi qaydaları haqqında məlumatlar verilib.
Xanoba kəndinə qayıdan ailələr hər tərəfli dövlət qayğısı ilə təmin olunublar.
İlk köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb.
"Report"un Xocavəndə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, doğma yurduna qayıdan ailələri kənddə Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Xüsusi Nümayəndəliyi, Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Bu mərhələdə Xanoba kəndinə 25 ailədən ibarət 114 nəfərin qayıdışı baş tutub.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
"Report"un Qarabağ bürosu xəbər verir ki, Xocavənd rayonu Xanoba kəndinə ilk köç karvanı yola salınıb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazisi işğaldan azad edildikdən sonra orada bərpa və yenidənqurma işlərinə start verilib. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin yurdlarına qayıdışı prosesi həyata keçirilir.