AZ

Klon serialı ilə bağlı qalmaqal

Bizim media saytına istinadən ain.az xəbər verir.

Məşhur "Klon" serialındakı rolu ilə tanınan braziliyalı aktyor Viktor Fazanu serialın təkrar nümayişinə görə "Globo" teleşirkətini məhkəməyə verib.Bizim.Media xəbər verir ki, 67 yaşlı aktyor artıq ikinci dəfə məhkəməyə müraciət edib.Birinci dəfə məhkəmə onun iddiasını rədd etmişdi, belə ki, aktyor kompensasiyanın dəqiq məbləğini göstərməmiş və yalnız mənəvi zərərə görə pul tələb etmişdi.

 

V.Fazanu hesab edir ki, telekanal "Klon" serialının televiziyada və yayım platformalarında təkrar nümayişinə görə ona kompensasiya ödəməli idi.

Apellyasiya şikayətində aktyor bildirib ki, müqaviləyə çıxışı olmadığı üçün tələb olunan ödənişlərin məbləğini müəyyən edə bilməyib. (Oxu.az)Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
2
bizim.media

3Mənbələr