AZ

Bakıda qadın iş yoldaşının 9 min dollarlıq fotoaparatını OĞURLADI

ain.az, Lent az saytına istinadən bildirir.

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən ofislərin birindən orada çalışan şəxsə məxsus 9000 dollar dəyərində fotoaparatın oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, araşdırmalarla fotoaparatın zərərçəkmişlə eyni ofisdə çalışan həmkarı tərəfindən oğurlanması müəyyən edilib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı K.Hətəmova saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
23
lent.az

10Mənbələr