İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Pakistanın Tehrandakı səfirliyinin əməkdaşı Astara dövlət sərhəd buraxılış məntəqəsindən Azərbaycana təxliyə olunub.
Diplomat media nümayəndələrinə bildirib ki, ötən il Azərbaycanda olub: "Azərbaycan çox gözəl xalqdır. Ötən ilin iyun ayında da burda olmuşam".
Bundan əlavə, Azərbaycan və Rusiya vətəndaşları da təhlükəsiz şəkildə İrandan Azərbaycan sərhədi ilə təxliyə olunublar.