Yazını böyüt
Yazını kiçilt
"Real"ın müdafiəçisi Raul Asensio sıradan çıxıb.
Hafta.az xəbər verir ki, ispaniyalı futbolçu ayaq əzələləsindən zədə alıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
21 yaşlı mərkəz müdafiəçisi La Liqanın 28-ci turunun sabah "Elçe" ilə keçiriləcək oyununu buraxacaq.
Qeyd edək ki, Raul Asensio "Real"ın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.