AZ

SEPAH "Citibank"ın Dubay və Manamadakı filiallarına hücumları təsdiqləyib - YENİLƏNİB

İran ABŞ və İsrailin Tehranda İslam Respublikasının banklarına hücumlarına cavab olaraq "Citibnak"ın BƏƏ-nin Dubay şəhəri və Bəhreynin paytaxtı Manamadakı filiallarına hücum edib.

"Report"un məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü general Əli Məhəmməd Naini bildirib.

Onun sözlərinə görə, hücum İranın iki bankına qarşı hərəkətlərə cavab olub.

"Amerika banklarının filiallarına hücum düşmənin İranın iki bankına qarşı təcavüzünə cavab idi. Əgər düşmən bu hərəkəti təkrarlsa, Amerikanın bölgədəki bütün bank filialları bizim qanuni hədəflərimizə çevriləcək", - o qeyd edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ banklarının Yaxın Şərq və Fars körfəzi ölkələrindəki bir sıra filiallarına hücum edib.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi SEPAH-a istinadən məlumat yayıb.

SEPAH-ın sözçüsü bildirib ki, hücum ABŞ-nin İran banklarını hədəf almasına cavab xarakterlidir: "Əgər ABŞ bu addımı təkrarlasa, bölgədəki Amerika banklarının bütün filialları bizim qanuni hədəfimiz olacaq".

Seçilən
72
3
far.az

10Mənbələr