Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"İnter" qələbəni son anda əldən verdi
İtaliya A Seriyasında 29-cu turun mərkəzi oyunu keçirilib.
QOL.az xəbər verir ki, lider "İnter" doğma meydanda "Atalanta"nı qəbul edib. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib.
14 mart
"İnter" - "Atalanta" - 1:1
Qollar: F.Espozito, 26 – N.Krstoviç, 82
Qeyd edək ki, bu heç-heçədən sonra xallarını 68-ə çatdıran "İnter" turnir cədvəlində liderliyini davam etdirir. 47 xala malik Berqamo təmsilçisi isə 7-ci pillədə qərarlaşıb. Qeyd edək ki, növbəti turda "İnter" səfərdə "Fiorentina"nın qonağı olacaq, "Atalanta" isə evdə "Verona"nı qəbul edəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.