AZ

Azərbaycan güləşçisi Serbiyada Avropa çempionatında gümüş medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıqlı (55 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının gümüş medalını qazanıb.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, o, finalda rusiyalı Alibek Amirova məğlub olub.

Qeyd edək ki, bu, U-23 Avropa çempionatında Azərbaycan təmsilçilərinin qazandığı 7-ci gümüş medal olub. Daha əvvəl Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq), Gültəkin Şirinova (55 kq) və Ruzanna Məmmədova gümüş medal əldə ediblər.


Telegram kanalımız
Seçilən
61
2
yenisabah.az

7Mənbələr