AZ

İran Ukraynanı vura bilər - Səbəbi isə...

İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi bildirib ki, bütün Ukrayna ərazisi İran hücumları üçün qanuni hədəfə çevrilir.

"Unikal" xəbər verir ki, o, bu barədə sosial mediada yazıb:

"İsraili dronlarla dəstəkləməklə, uğursuz Ukrayna faktiki olaraq müharibəyə cəlb olunub və BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, bütün ərazisini İran üçün qanuni hədəfə çevirib".

Kiyev lideri Volodimir Zelenski "The New York Times" qəzetinə verdiyi müsahibədə ABŞ-nin kömək istədiyi və ertəsi gün Ukraynanın dron mütəxəssislərindən ibarət komandasının göndərildiyi  bildirmişdi.  ABŞ prezidenti Donald Tramp bu məlumatı təkzib edərək bildirib ki, ABŞ-nin Yaxın Şərqdə dronlarla mübarizədə Ukraynanın köməyinə ehtiyacı yoxdur.

Seçilən
65
50
unikal.az

10Mənbələr