AZ

Çin Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırır

BAKI, 15 mart. TELEQRAF

Çin Yaxın Şərqdə gərginliyin azaldılması və sülhün bərpası üçün konstruktiv rol oynamaqda davam edəcək.

Teleqraf xəbər verir ki, bunu Çinin ABŞ-dəki səfirliyinin sözçüsü Lyu Penyu TASS-a açıqlamasında bildirib.

O, ABŞ administrasiyasının bir sıra ölkələrə, o cümlədən Çinə Hörmüz boğazında təhlükəsizliyin təmin olunması üçün hərbi gəmilər göndərilməsi ilə bağlı çağırışını şərh edib.

Səfirliyin sözçüsü vurğulayıb ki, Pekinin Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyi obyektiv və qərəzsizdir.

“Biz vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq və münaqişənin genişlənməsinə yol verməmək üçün dərhal hərbi əməliyyatların dayandırılmasına çağırırıq”, – deyə Lyu Penyu bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazı və ona bitişik sular beynəlxalq ticarət və enerji resurslarının daşınması üçün mühüm marşrutdur. Buna görə də regionda təhlükəsizlik və sabitliyin qorunması bütün beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur.

Diplomat əlavə edib ki, Çin Yaxın Şərq ölkələrinin səmimi dostu və strateji tərəfdaşı kimi tərəflərlə əməkdaşlığı davam etdirəcək və gərginliyin azaldılması, eləcə də sülhün bərpası istiqamətində səylər göstərəcək.

Seçilən
96
teleqraf.com

1Mənbələr