AZ

Naxçıvanda yol qəzası olub - bir ailənin 4 üzvü xəsarət alıb

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Naxçıvan-Ordubad magistral yolunun 30-cu kilometrliyində qeydə alınıb. Belə ki, 72-BF-530 dövlət nömrə nişanlı "Reno Meqan" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kanala düşüb. Qəza zamanı xəsarət alan bir ailənin 4 üzvü - Ramin Əliyev, Nəcibə Əliyeva, Sevinc Əliyeva və Aysel Əliyeva Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Mətləb

Seçilən
53
4
sia.az

10Mənbələr