AZ

ABŞ-ın casus təyyarələrinin uçuşuna icazə vermədilər

İsveçrə Federal Şurası (hökuməti) İrandakı müharibəni əsas gətirərək ABŞ-a iki kəşfiyyat təyyarəsinin öz ərazisi üzərindən uçmasına icazə  verməyib.

Azreform.info xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat verib .

Bəyanatda deyilir: "İrandakı müharibə ilə bağlı iki müraciət rədd edilib, texniki uçuş üçün bir və nəqliyyat təyyarələrinin uçuşu üçün iki müraciət təsdiqlənib". Hökumət uçuşların 15 mart tarixinə planlaşdırıldığını bildirib.

Hökumət neytrallıq prinsipinin müharibə edən bütün tərəflərə şamil edildiyini vurğulayıb.

İsveçrə martın 11-də İrandakı səfirliyinin fəaliyyətini dayandırıb .

Elvin

Azreform.info

Seçilən
65
3
azreform.info

4Mənbələr