AZ

MPL: "Kəpəz" "Turan Tovuz"a, "Qəbələ" "Neftçi"yə qarşı

Bu gün Misli Premyer Liqasında 24-cü tur başa çatacaq.

Fanat.Az xəbər verir ki, son gündə 2 görüş reallaşacaq.

Öncə “Kəpəz” Yevlaxda “Turan Tovuz”u qəbul edəcək. Qərb derbisində ədaləti Tural Qurbanov qoruyacaq.

Son oyunda isə “Qəbələ” “Neftçi”ni qəbul edəcək. Görüşün baş hakimi Elçin Məsiyev olacaq.

Daha öncə keçirilmiş oyunlarda “Araz-Naxçıvan” “Karvan-Yevlax”a qalib gəlibsə (2:1, “Sumqayıt” “Şamaxı”ya (0:1), “İmişli” “Sabah”a (0:5), “Zirə” “Qarabağ”a (1:3) uduzub.

Misli Premyer Liqası
24-cü tur
15 mart

“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev.
Yevlax şəhər stadionu. 15:00. 

“Qəbələ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
Qəbələ şəhər stadionu. 18:00.

Seçilən
13
50
fanat.az

10Mənbələr