AZ

KXDR Lideri artilleriya-raket bölmələrinin təlimini izləyib

Pekin, 15 mart, AZƏRTAC

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Lideri Kim Çen In qızı Kim Cu E ilə birlikdə uzaqmənzilli artilleriya bölmələrinin atəş təlimlərində iştirak edib.

AZƏRTAC Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadla xəbər verir ki, təlimə 12 ədəd 600 millimetr kalibrli ultradəqiq çoxsaylı raket buraxıcısı və iki artilleriya bölüyü cəlb olunub.

Məlumata görə, buraxılan raketlər Koreya yarımadasının şərq sularında təxminən 364,4 kilometr məsafədə yerləşən ada hədəfinə dəyib.

Qeyd edək ki, bu, KXDR-in son günlər 2-ci hərbi aktivliyidir. Şimali Koreya ötən gün Yapon (Şərq) dənizi istiqamətində 10-dan çox ballistik raket buraxıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
36
2
azertag.az

6Mənbələr