AZ

Ağcabədidə iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb

Ağcabədi. Trend:

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-i yerlimüxbirinin əldə etdiyi məlumata görə, hadisə ötən gecə rayonunRəncbərlər kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, SayaVüsal oğlu Mehralızadənin idarə etdiyi “Chevrolet” markalı, 77 EH053 dövlət qeydiyyat nişanlı avtomobil Rövşən Sərdar oğluİsmayılova məxsus “VAZ-2106” markalı avtomobillə toqquşub.

Toqquşma nəticəsində “VAZ-2106” markalı avtomobil idarəetmədənçıxaraq yol kənarındakı dərəyə aşıb.

Qəza zamanı “VAZ-2106”nın sürücüsü Rövşən İsmayılov, onunsərnişini Eldəniz Əbülfət oğlu Məmmədov, həmçinin “Chevrolet”insürücüsü Saya Mehralızadə və sərnişini, 1996-cı il təvəllüdlü Gülümİxtiyar qızı Mehralıyeva müxtəlif dərəcəli bədən xəsarətlərialıblar.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
47
2
az.trend.az

1Mənbələr