AZ

Keçmiş merin bu paylaşımı Paşinyanın tərəfdarlarını qəzəbləndirdi VİDEO

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Erməni aktyor, İrəvanın keçmiş meri Hayk Marutyan Ermənistanın hakim partiyasının üzvlərini qəzəbləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, Marutyanın öz “Feysbuk” hesabında Ermənistanın Baş naziri Nikol Paşinyanın videolarına istehzalı reaksiyalar verib.

Nəticədə partiya tərəfdarları onun əleyhinə şərhlər yazmağa başlayıblar.

Məlumata görə, yaxın həftələrdə Marutyan bölgələrə də səfər edəcək və sakinlərlə fərqli formatda görüşlər keçirəcək.

“Bu görüşlərdə o, söhbətlərlə yanaşı, İrəvanın meri olduğu dövrdən pərdəarxasında baş verən hadisləri hekayələr fotmasında danışacaq və bütün epizodları yumor üslubunda cəmiyyətə təqdim edəcək”, – deyə vurğulanıb.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
globalinfo.az

1Mənbələr