AZ

Ağcabədidə avtomobil dərəyə aşdı 4 yaralı var

ain.az, Bizim media saytına istinadən bildirir.

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.Bizim.Media-nın xəbərinə görə, hadisə rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb. Mehralızadə Saya Vüsal oğlunun idarə etdiyi “Chevrolet” markalı avtomobil İsmayılov Rövşən Sərdar oğluna məxsus “VAZ-2106” markalı avtomobillə toqquşub.Zərbənin təsirindən “VAZ-2106” yol kənarındakı dərəyə aşıb.

 

Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü Rövşən İsmayılov, sərnişini Elçin Məmmədov, həmçinin “Chevrolet”in sürücüsü Saya Mehralızadə və sərnişini, 1996-cı il təvəllüdlü Günel Mehralıyeva xəsarət alıblar.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, faktla bağlı araşdırma aparılır.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
9
bizim.media

10Mənbələr