Moskvada iki tramvayın toqquşması nəticəsində 25 nəfər xəsarət alıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, qəza Moskvanın Pokrovskoe-Streşnevo rayonunun Vodnikova küçəsində baş verib.
Tramvayların toqquşması nəticəsində yaralananlardan beşinin uşaq olduğu bildirilib.
Yaralıların 21 nəfərinin xəstəxanaya yerləşdirildiyi bildirilib.
Hazırda qəzanın səbəbləri araşdırılır.