Bakı. Trend:
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsiləxarici ölkə vətəndaşlarının İrandan təxliyəsi fasiləsiz şəkildədavam etdirilir.
Trend-inməlumatına görə, bu gün saat 09:00-dan 14:00-dək olan müddətdə Çin(1 nəfər) və Azərbaycan (5 nəfər) vətəndaşları sərhədi keçərəkölkəmizin ərazisinə daxil olublar.
Qeyd edək ki, təxliyə prosesi beynəlxalq təhlükəsizliktələblərinə və mövcud prosedur qaydalarına uyğun şəkildə həyatakeçirilir. Sərhəd-keçid məntəqəsində təxliyə olunan şəxslərin rahatvə təhlükəsiz hərəkətinin təmin edilməsi üçün bütün lazımi şəraityaradılıb.