AZ

İrandan Azərbaycana növbəti təxliyə: daha 6 nəfər sərhədi keçib

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi fasiləsiz şəkildə davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün saat 09:00-dan 14:00-dək olan müddətdə Çin (1 nəfər) və Azərbaycan (5 nəfər) vətəndaşları sərhədi keçərək ölkəmizin ərazisinə daxil olublar.

Qeyd edək ki, təxliyə prosesi beynəlxalq təhlükəsizlik tələblərinə və mövcud prosedur qaydalarına uyğun şəkildə həyata keçirilir. Sərhəd-keçid məntəqəsində təxliyə olunan şəxslərin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün bütün lazımi şərait yaradılıb.

Seçilən
35
10
xalqqazeti.az

10Mənbələr