AZ

"Mançester Siti" bu göstəricidə İPL-in ən pis komandasıdır

İngiltərə Premyer Liqasının (İPL) 30-cu turunda "Vest Hem"lə 1:1 hesablı heç-heçə edən "Mançester Siti" bu mövsüm oyuna sonradan çıxan futbolçuların vurduğu qol sayına görə çempionatın ən pis komandasıdır.

Fanat.Az "Squawka"ya istinadən xəbər verir ki, Xosep Qvardiolanın komandası cari "futbol ili"ndə İPL-də yalnız 1 belə qola sevinib.

Matça ehtiyatdan qoşulan futbolçularından ən çox fayda görən isə "Arsenal"dır - 11 qol.

Qeyd edək ki, İPL-in turnir cədvəlinə 70 xala malik "Arsenal" başçılıq edir. Liderdən 9 xal geri qalan Mançester təmsilçisi ikinci yerdədir.

Toğrul

Seçilən
11
1
fanat.az

2Mənbələr