AZ

İrandakı müharibə səbəbindən Formula 1 ləğv edilib


Yaxın Şərqdəki gərgin vəziyyət səbəbindən aprel ayında keçirilməsi planlaşdırılan Bəhreyn və Səudiyyə Ərəbistanı Formula 1 Qran Priləri baş tutmayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Formula 1-in rəsmi saytında dərc olunub.
Bildirilib ki, bölgədə mövcud təhlükəsizlik vəziyyəti diqqətlə qiymətləndirildikdən sonra yarışların keçirilməməsi barədə qərar qəbul edilib.
“Bu gün təsdiqləndi ki, diqqətlə aparılan qiymətləndirmədən sonra aprel ayında keçiriləcək Bəhreyn və Səudiyyə Ərəbistanı Qran Priləri Yaxın Şərq bölgəsindəki mövcud vəziyyətə görə baş tutmayacaq”, – deyə məlumatda qeyd olunub.
Qeyd olunub ki, yarışların əvəzinə alternativ variantlar nəzərdən keçirilsə də, nəticədə aprel ayı üçün yeni mərhələ əlavə edilməməsi qərara alınıb.
Formula 1 rəhbərliyinin açıqlamasına görə, həmin yarış həftəsonlarında keçirilməsi planlaşdırılan Formula 2, Formula 3 və F1 Academy mərhələləri də baş tutmayacaq.
Seçilən
10
2
yeniavaz.com

3Mənbələr