AZ

Mahir Emrelinin ayağı açıldı: 11 dəqiqə, 1 qol!

Almaniyanın 2-ci bundesliqasında 26-cı turun oyunları keçirilir. “Kayzerslautern” hesabat turunda özündən bir pillə aşağıda qərarlaşan “Karlsrue”ni qəbul edib. Bir qədər əvvəl başa çatan oyunda “qırmışı iblislər” böyükhesablı qələbə qazanıb – 3:0. Sevindirici haldı ki, üç qoldan sonuncusu Mahir Emreli vurub. 83-cü dəqiqədə meydana çıxan həmvətənimiz 90+4-cü dəqiqədə fərqi darmadağın həddinə çatdırıb.
Onu da xatırladaq ki, bu, Mahirin cari mövsümdəki ilk qoludu. 40 xalla 7-ci pillədə qərarlaşan “Kayzerslautern” 6-cı pillədəki “Herta”dan 1 xal geri qalır.

Seçilən
50
6
football-plus.az

7Mənbələr