AZ

Ət yenə bahalaşdıVİDEO

Dana ətinin qiymətində artım müşahidə olunur.

Xezerxeber.az-ın məlumatına görə, Bakının müxtəlif yerlərində bir müddət öncə 16-17 manata təklif olunan dana əti, son günlərdə 18 manata satılır.

Qəssablar bildirilər ki, qiymətin artması onların satışlarına mənfi təsir göstərir.

Satıcılar qiymətin qalxmasına səbəb olaraq rayonlardan heyvanları baha qiymətə aldıqlarını söylədilər.

Qəssablar heyvanların baha satılmasına başqa bir səbəb kimi isə yemin qiymətlərinin artmasını göstərirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
38
3
xezerxeber.az

10Mənbələr