AZ

Əraqçi müharibəyə görə məsuliyyəti onların üzərinə atdı

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İrandakı hərbi əməliyyatlara və qan tökülməsinə görə məsuliyyəti ABŞ Prezidenti Donald Trampın müşavirləri daşıyır.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

“Ədalətli və bərabərhüquqlu razılaşmanın tamamilə əldə edilə biləcəyini nəzərə alsaq, Birləşmiş Ştatlar Prezidentinə yanlış tövsiyələr verənlər tökülən qana görə məsuliyyət daşımalıdırlar”, – o qeyd edib.

Əraqçi vurğulayıb ki, Yaxın Şərqdəki eskalasiya həm İran, həm də Amerika xalqına zorla qəbul etdirilib.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
5
globalinfo.az

6Mənbələr