AZ

Azərbaycan güləşçisi Avropa çempionu oldu

style='margin-bottom:10px;'>

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatı sona çatıb.

QOL.az xəbər verir ki, yarışın sonuncu – yeddinci günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da medalçılar müəyyənləşib.

Azərbaycan təmsilçilərindən Ayxan Cavadov (60 kq) bürünc medal uğrunda görüşdə Rəqib ukraynalı Yevgeni Pokovbaya 1:3 hesabıyla məğlub olub və debüt etdiyi yarışı 5-ci pillədə tamamlayıb.

Fərid Xəlilov (67 kq) üçüncülük mübarizəsində macarıstanlı Petro Jitovozla üz-üzə gəlib. Qarşılıqlı xalların qeydə alındığı görüşdə 5:3 hesablı qələbə qazanan Xəlilov bürünc medalı boynundan asıb.

Fəraim Mustafayev (72 kq) təsəlliverici görüşdə Dimitro Vasilyevi 4:2 hesabıyla üstələyib. Güləşçimiz bürünc medal qarşılaşmasında rumıniyalı Leonard Yuraskuyla üz-üzə gəlib. Görüşün əvvəllərində 0:4 hesabıyla geri düşən Mustafayev əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb – 5:4. Beləliklə, Fəraim milli komandanın hesabına növbəti medalı yazdırıb.

Elmin Əliyev (82 kq) isə finalda gürcüstanlı Tornike Mikeladzeylə güləşib. Rəqib 2:0 hesabıyla önə keçsə də, güləşçimiz təşəbbüsü ələ alan Əliyev yekunda 3:2 hesablı qələbəyə sevinərək U-23 Avropa çempionu olub.

Yunan-Roma güləşi üzrə millimiz çempionatı 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. Yığmamız 100 xalla komanda hesabında 4-cü yeri tutub.

Xatırladaq ki, bir gün öncə Fərid Sadıxlı (55 kq) gümüş, İlkin Qurbanov (63 kq) isə bürünc medal qazanmışdı.

Seçilən
31
2
teleqraf.com

3Mənbələr