AZ

Qavi geridönüşü barədə: Bu, keçən dəfəkindən daha çətin idi

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

"Barselona"nın yarımmüdafiəçisi Qavi uzun müddətli zədədən sonra meydana qayıtması ilə bağlı fikirlərini bölüşüb. Sport24.az "Marca"ya istinadən xəbər verir ki, sonuncu dəfə ötən ilin avqustun 23-də "Levante"yə qarşı oynayan futbolçu "Sevilya" (5-2) ilə görüşün 92-ci dəqiqəsində əvəzetmədən meydana daxil olub. 

21 yaşlı futbolçu geridönüşü ilə bağlı bunları deyib: 

"Bu, keçən dəfəkindən daha çətin idi. Ən ağrılı proses gündəlik həyatımda da mənə çətinlik yaradırdı. "Kamp Nou"dakı atmosferi, sənə yaxın insanlarla bu ab-havanı yenidən yaşamağı təsvir edə bilmirəm. Mən çox xoşbəxtəm. Hans Flik bir ata kimi həmişə mənimlə olub. Mən ona çox minnətdaram. O, həmişə mənə inanırdı".

Qeyd edək ki, Qavi ötən ilin sentyabr ayında sağ dizində artroskopik əməliyyat keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
sport24.az

1Mənbələr