AZ

Eşli Kol baş məşqçiliyə İtaliya klubunda başladı - RƏSMİ

Sabiq ingilis müdafiəçisi Eşli Kol İtaliyada baş məşqçi kimi işə başlayıb.

Fanat.Az xəbər verir ki, o, "Çezena" klubunun sükanı arxasına keçib.

B Seriyasında çıxış edən klub Eşlinin təyinatını rəsmi saytı vasitəsilə açıqlayıb. 

45 yaşlı mütəxəssis bu postda "Frosinone" ilə son turda qeydə alınan 2:2 hesablı heç-heçədən sonra istefa verən Mişel Minyanini əvəz edib.

Bu, Kolun peşəkar klub məşqçisi kimi ilk təcrübəsi olacaq. Əvvəllər o, ya köməkçi, ya da həvəskarlarla işləyib. Onun "Çezena" ilə müqaviləsinin müddəti 30 iyun 2026-cı ilə qədər olacaq. 

Minyaninin nəticələrinə gəlincə, komanda onun rəhbərliyi altında 30 matçda 40 xal toplayıb: 11 qələbə, 7 heç-heçə və 12 məğlubiyyət. Sözügedən komanda hazırda İtaliyanın ikinci liqasının turnir cədvəlində səkkizinci yerdədir.

Seçilən
37
2
fanat.az

3Mənbələr