AZ

Azərbaycan çempionatları tarixində 9-cu

style='margin-bottom:10px;'>

“Turan Tovuz”un qapıçısı Sergey Samokun Misli Premyer Liqasındakı quru seriyası qırılıb.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, rusiyalı qolkiper mövsümdə ilk qolunu 24-cü turun “Kəpəz”lə səfər matçında (1:1) buraxıb.

Samokun seriyasını Rəhman Hacıyev 55-ci dəqiqədə qırıb. Bunadək ötən çempionatda 2, cari mövsümdə 6 dəfə qapısını toxunulmaz saxlayan qolkiper sonuncu dəfə 2024/25 mövsümünün 34-cü turunda qol buraxıb. O, “Neftçi” ilə 2025-ci il mayın 10-da baş tutan ev matçının (1:2) 32-ci dəqiqəsində Dembo Darbonun vurduğu topu dəf edə bilməyib. 

Hacıyevin qoluna qədər Sergey 812 quru dəqiqə keçirib. O, Azərbaycan çempionatlarının yüksək dəstəsinin tarixində 800 dəqiqə və daha uzun seriyaya imza atan 9-cu əlcək sahibi olub.

1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə

2. Xalidu Sissoko (“Bakı”) – 985 

3. Xalidu Sissoko (“Bakı”) – 971

4. Camaləddin Əliyev (“Qarabağ”) – 958 

5. Pavel Doroşev (“Qəbələ”) – 952

6. Elxan Həsənov (“Neftçi”) – 943

7. Dmitri Bezotosnı (“Qəbələ”) - 915

8. Boyan Pavloviç (“Qarabağ”) – 828

9. Sergey Samok (“Turan Tovuz”) - 812

Seçilən
6
5
teleqraf.com

10Mənbələr