AZ

Musa Qurbanlının 100-cü oyunu

Musa Qurbanlı Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hücumçunun yubileyi Misli Premyer Liqasının 24-cü turuna təsadüf edib. O, “Zirə” ilə səfər görüşünün (3:1) 85-ci dəqiqəsində meydana daxil olub.

Qurbanlı Premyer Liqada 2020/2021 mövsümündə debüt edib. Yalnız 2 klubda çıxış edən forvard bu matçlarda 42 qola imza atıb. O, “Qarabağ”da 91 (41 qol), “Zirə”də 9 (1 qol) oyun keçirib.

Musa Qurbanlı turnirin tarixində 100 və daha çox oyun keçirən 452-ci futbolçu olub.

Seçilən
1
16
idmanxeber.az

10Mənbələr