AZ

İlk ABŞ təyyarələri Rumıniyaya çatdı - Yaxın Şərqə göndəriləcək

İlk üç Boeing KC-135 Stratotanker tanker təyyarəsi İrana qarşı əməliyyatlarda iştirak məqsədi ilə Yaxın Şərqə göndərilmək üçün Rumıniyaya çatıb.

Ucnoqta.az bildirir ki, bu barədə Digi24 televiziya kanalı məlumat verib.

Kanalın məlumatına görə, təyyarələr hazırda Buxarestdəki 90-cı hava bazasındadır. Orada onlar yanacaq dolduracaq və daha sonra ölkənin şərqindəki Mixail Koqălniceanu hava bazasına göndəriləcək.

Qeyd olunur ki, radar sistemləri və hərbi personal hələlik Rumıniyaya göndərilməyib.

Seçilən
40
ucnoqta.az

1Mənbələr