AZ

“Son bir neçə ay mənim üçün çox çətin keçdi” – Mahir Emreli 

Azərbaycan millisinin və Kayzerslautern klubunun futbolçusu Mahir Emreli uzun fasilədən sonra vurduğu qol barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı hücumçu matçdan sonra treffpunkt-betze.de saytına danışan Emreli bu qolun onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Bu gün mənim üçün xüsusi oldu. Son bir neçə ay mənim üçün çox çətin keçdi. Belə bir oyunda, fantastik atmosferdə ilk qolumu vurmaq məni çox xoşbəxt etdi. Xüsusilə də zədə səbəbindən uzun fasilədən sonra bu qolu vurmaq çox önəmli idi. Azarkeşlər mənə çoxlu mesaj göndərdilər və inandıqlarını göstərdilər. Derbi atmosferi həmişə fərqli olur”.

Millimizin üzvü baş məşqçi Torsten Lieberknecht ilə münasibətlərindən də söz açıb:

“Məşqçi ilə münasibətlərim yaxşıdır. Zədəli olanda istər-istəməz komandadan bir qədər uzaq düşürsən. Mən ondan daha çox oyun vaxtı qazanmaq üçün nə etməli olduğumu soruşdum. O da məşqlərimdən razı olduğunu dedi. Cəmi 5 dəqiqə oynasam belə, əlimdən gələni edirəm və özümü sübut etməyə çalışıram”.

 

Seçilən
15
idmanxeber.az

1Mənbələr