AZ

Tokayev: Yeni Konstitusiya mütərəqqi, müasir tələblərə cavab verir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevi bu ölkənin yeni Konstitusiya layihəsi üzrə respublika referendumunun uğurla keçirilməsi münasibətilə təbrik edib.

Bu barədə "Far.Az"un Qazaxıstan bürosu Akordaya istinadən xəbər verir.

Məlumata görə, telefon danışığı zamanı Şavkat Mirziyoyev qeyd edib ki, səsvermənin nəticələri Kasım‑Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstanda həyata keçirilən genişmiqyaslı islahatların vətəndaşlar tərəfindən dəstəkləndiyini aydın şəkildə nümayiş etdirir.

K.Tokayev Özbəkistan liderinə dəstəyə və ölkədən müşahidəçi missiyasının göndərilməsinə görə təşəkkür edib.

Qazaxıstan Prezidenti yeni Konstitusiyanın mütərəqqi olduğunu, müasir tələblərə cavab verdiyini vurğulayıb.

Onun sözlərinə görə, sonrakı islahatlar zamanı beynəlxalq tərəfdaşlarla, ilk növbədə Qazaxıstanın ən yaxın qonşuları və müttəfiqləri ilə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi diqqət yetiriləcək.

Seçilən
39
far.az

1Mənbələr