AZ

Elnur Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə Avropa enerji bazarları arasında körpü rolu daha da güclənir

Qazaxıstanın ratifikasiyası Yaşıl Enerji Dəhlizi layihəsini irəli aparır.

Aznews.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov qeyd edib.

Nazir müavini bildirib ki, region üzrə enerji əməkdaşlığında mühüm irəliləyiş əldə olunub:

“Qazaxıstanın Azərbaycan və Özbəkistanla imzaladığı Yaşıl Enerji Dəhlizi sazişini ratifikasiya etməsi Xəzər dənizi vasitəsilə bərpa olunan elektrik enerjisinin ötürülməsi planlarının reallaşmasına yeni təkan verir.

Saziş 13 noyabr 2024-cü ildə Bakıda, COP29 konfransı çərçivəsində üç ölkənin dövlət başçıları tərəfindən imzalanıb. Sənəd bərpa olunan enerji mənbələrinin potensialından istifadəni genişləndirməyi, təmiz elektrik enerjisinin ticarətini təşviq etməyi, həmçinin yaşıl enerji, ammonyak və hidrogenin Avropa bazarlarına ixracını nəzərdə tutur”.

Seçilən
2
3
aznews.az

4Mənbələr