AZ

Musa Qurbanlı Premyer Liqada 100-cü oyununu keçirdi – ARENA.AZ

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı futbol üzrə Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, hücumçunun yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 24-cü turuna təsadüf edib. O, “Zirə” ilə səfər görüşünün (3:1) 85-ci dəqiqəsində meydana daxil olub.

Qurbanlı Premyer Liqada 2020/2021-ci illər mövsümündə debüt edib. Ölkəmizdə yalnız 2 klubda çıxış etmiş forvard bu matçlarda 42 qola imza atıb. O, “Qarabağ”da 91 (41 qol), “Zirə”də 9 (1 qol) oyun keçirib.

Musa Premyer Liqanın tarixində 100 və daha çox oyun keçirmiş 452-ci futbolçu olub.

Əvvəllər də “Qarabağ”ın şərəfini qorumuş Musa Qurbanlı Ağdam klubuna bu mövsümün əvvəlində qayıdıb. İsveçin “Yurqorden” klubundan azad agent kimi ayrılmış 22 yaşlı forvard köhbə-yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Musa peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-2020-ci illərdə bu komandanın formasını geyinib. Forvard 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan Ağdam klubunun uğurları üçün çalışan Musa 2023-cü ilin yayında “Qarabağ”dan İsveç klubuna transfer edilib.

Xatırladaq ki, Musa Qurbanlı 2010-cu ilin noyabr ayında debüt etdiyi Azərbaycan milli komandasında 21 oyunda 3 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
25
10
arena.az

10Mənbələr