AZ

Xameneinin təyyarəsi məhv edildi

Ötən axşam Tehranın "Mehrabad" hava limanında İranın keçmiş Ali rəhbəri Seydi Əli Xameneinin təyyarəsi məhv edilib.

Missiya.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, təyyarə Xameneinin və İranın digər yüksək vəzifəli rəsmiləri, o cümlədən hərbçilərinin sərəncamında olub.

Bildirilib ki, təyyarənin məhv edilməsi İrandakı rejimin rəhbərliyinin müttəfiq ölkələrlə koordinasiya qabiliyyətinə xələl gətirir:

"İsrail Müdafiə Qüvvələri İran terrorçu rejiminin hərbi qüvvələri tərəfindən bütün İran ərazisində istifadə edilən istənilən vasitəyə zərər vermək üçün fəaliyyət göstərməyə davam edəcək", - deyə vurğulanıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
24
missiya.az

1Mənbələr