AZ

"Bavariya" 19 yaşlı vinger üçün hərəkətə keçdi

"Bavariya" "Köln"ün futbolçusu Said El Malaya maraq göstərir.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Almaniya nəhəngi 19 yaşlı vinger üçün artıq danışıqlara başlayıb.

Bu mövsüm "Köln"ün heyətində Bundesliqada 26 matça çıxmış El Mala 9 qol vurub və 4 məhsuldar ötürməyə imza atıb.

Onun özü də “Bavariya”ya keçməkdə maraqlıdır. “Borussiya”nın(Münhenqladbax) yetirməsi olan futbolçu “Viktoriya Köln” klubunda da çıxış edib.

Gənc futbolçu hazırkı komandası ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.

Said “Bavariya” ilə yanaşı, “Barselona”, “Brayton”, “Nyukasl”, “Çelsi”, “Borussiya”(Dortmund), PSJ, “Tottenhem” və “Mançester Yunayted”in də transfer siyahısında yer alıb.

 

saytlarin hazirlanmasi

Seçilən
35
1
sportal.az

2Mənbələr