AZ

Liverpul Qalatasaray matçının hakimləri bilindi

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Liverpul” – “Qalatasaray” matçının hakim təyinatları açıqlanıb.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Şimon Marçinyak olacaq. Ona yan xətt hakimləri Tomas Listkiviç və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pavel Raçkovski yerinə yetirəcək.

Qeyd edək ki, komandalar arasındakı ilk oyunda “Qalatasaray” qələbə qazanıb – 1:0. Cavab görüşü martın 19-da Liverpulda olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
3
qol.az

4Mənbələr