AZ

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın prezidenti Tulia Aksonla görüşüb

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova XIII Qlobal Bakı Forumundaiştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Parlamentlərarasıİttifaqın prezidenti Tulia Akson ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Bakı Forumu, tədbir çərçivəsində aparılanmüzakirələrin əhəmiyyəti barədə fikirlər səsləndirilib. SpikerSahibə Qafarova indiki gərgin regional və beynəlxalq vəziyyətfonunda Azərbaycanın sülh və dialoq naminə göstərdiyi səyləri qeydedərək, bu çərçivədə Qlobal Bakı Forumunun beynəlxalq ictimaiyyətinarahat edən bir çox məsələlərin müzakirəsi baxımından mühümplatforma təşkil etdiyini vurğulayıb.

Tulia Akson da Qlobal Bakı Forumunun beynəlxalq platforma kimimühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O, həmçinin, Azərbaycanvə Ermənistan arasında sülh prosesində Prezident İlham Əliyevinoynadığı mühüm rolu və təşəbbüslərini yüksək qiymətləndirərək,bunun dövlətlər arasında problemlərin həlli üçün bir model olduğunubildirib.

Söhbət zamanı beynəlxalq əməkdaşlıq məsələləri də nəzərdənkeçirilib. Azərbaycan Milli Məclisinin Parlamentlərarası İttifaqçərçivəsində fəal təmsilçiliyindən, bu beynəlxalq təşkilatlaAzərbaycan parlamenti arasında əməkdaşlığın mövcud səviyyəsindənrazılıq ifadə olunub. Həmçinin, Qoşulmama Hərəkatının ParlamentŞəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında da əməkdaşlıqlabağlı fikir mübadiləsi aparılıb.

Seçilən
12
15
az.trend.az

10Mənbələr