AZ

“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç

style='margin-bottom:10px;'>

“Neftçi”nin qapıçısı Kenan Piriçin QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 24-cü turunda səfərdə “Qəbələ”ni məğlub etdiniz. 3:1 hesablı qələbəni necə şərh edərdiniz?

- “Qəbələ” çətin rəqibdir. Çətin oyun alındı. 5 müdafiəçi ilə oynayırdılar. Əks-hücumda qapımız qarşısında təhlükəli idilər. Bunun da nəticəsində penaltidən qapımızda qol gördük. Yaxşı ki, tez özümüzə gəldik. Hesabı bərabərləşdirdik, ardınca digər qollar gəldi. Vacib qələbə qazandıq.

- “Neftçi” çoxlu qol epizodunu boşa verdi. Bu, nədən irəli gəlirdi?

- Düzdür, şansların bəzilərini qaçırdıq. Amma 3 qol da pis göstərici deyil. Ötən matçda uduzmuşduq. Amma bu dəfə öz oyunumuzu göstərə bildik və istədiyimiz 3 xalı əldə etdik. 

- Bu qələbə ilə “Neftçi” avrokuboklar uğrunda mübarizədə olduğunu göstərdi. Şansları necə dəyərləndirirsiniz?

- Bəli, biz avrokuboklar uğrunda mübarizə aparırıq. Sona kimi də mübarizəmizi davam etdirəcəyik. “Qəbələ” üzərində qələbə bizim üçün vacib idi. Növbəti turda da “İmişli” ilə üz-üzə gələcəyik. İddiamızı davam etdirmək üçün həmin matçda da mütləq qalib gəlməliyik. “Neftçi” adının ağırlığını ortaya qoymalıyıq. 

- Lakin ilk iki dövrədə “İmişli”dən cəmi 1 xal almısınız...

- Elədir. Onlar da təhlükəli komandadırlar. Hətta deyərdim ki, bir qədər “Qəbələ”dən də yaxşıdırlar. Biz qarşıdakı matça final kimi yanaşmalıyıq. Bundan sonra hər matç bizim üçün finala bərabərdir.  

- Bu günlərdə təxirə salınmış oyunun vaxtı açıqlandı və məlum oldu ki, “Neftçi” altı gün ərzində “Qarabağ”la ardıcıl iki görüş keçirəcək. Bu gərginliyə hazırsınız?

- Turdan tura potensialımızı artırırıq, daha da yaxşı formaya düşməyə çalışırıq. Təbii ki, “Qarabağ”la oyunlar asan keçməyəcək. Lakin bizim məqsədimiz bəllidir. Hər iki matçda qalib gəlmək istəyirik. 

Seçilən
41
2
teleqraf.com

3Mənbələr