AZ

Danışıqlar dalanda: İran Trampın Ukrayna marağını bitirdi

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“ABŞ Prezidenti Donald Trampın diqqəti İranla yaşanan münaqişəyə yönəldiyi bir vaxtda Ukrayna sülh danışıqları dayanma nöqtəsinə gəlib.

 Bu inkişaf Rusiyaya həm iqtisadi, həm də hərbi baxımdan dolayı üstünlüklər qazandırır. Ukrayna müharibəsini sona çatdırmaq üçün ABŞ-nin rəhbərliyi ilə aparılan sülh danışıqları, Vaşinqtonun diqqət mərkəzini Yaxın Şərqdəki böhrana çevirməsi ilə tıxanıb”. 

"Cebheinfo.az" xəbər verir ki, "Financial Times"-a (FT) danışan avropalı diplomatlar və rəsmilər Prezident Donald Trampın İranla artan gərginliyə fokuslanması danışıqlara təsirindən danışıb və Rusiyaya müxtəlif üstünlüklər qazandırdığını bildirib. 

Xəbərə görə, sülh prosesi "təhlükəli zonaya" daxil olub və danışıqlar faktiki olaraq dayanıb. Martın 5-də Əbu-Dabidə keçirilməsi planlaşdırılan növbəti mərhələ ABŞ-İsrail birgə əməliyyatlarından sonra təxirə salınıb və yeni tarix hələ müəyyən edilməyib. 

Avropalı diplomatlardan biri vəziyyəti "Biz və Ukrayna üçün bu bir fəlakətdir" sözləri ilə qiymətləndirib. Diplomatik tıxanıqlıqdan başqa, müharibənin gedişatına birbaşa təsir edən hərbi yardımlar da ləngiyir. 

Aİ rəsmilərinə xüsusilə hava hücumundan müdafiə sistemləri başda olmaqla, Amerika silahlarının çatdırılmasında gecikmələr yaşanacağı bildirilib. Vaşinqtonun prioriteti Yaxın Şərqdəki müttəfiqlərinə edəcəyi göndərişlər olub. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr