Bakı. Trend:
"Aznet Technologies" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC)nizamnamə kapitalı azaldılır.
Trend xəbərverir ki, bu barədə MMC özü elan edib.
Bildirilib ki, “Aznet Technologies” Məhdud MəsuliyyətliCəmiyyətinin nizamnamə kapitalı 6 milyon 3,836 min manat həcmindəazaldılaraq 3 milyon 96,154 min manat manat müəyyən edilir. Bunaqədər isə şirkətin nizamnamə kapitalı 9 milyon 99,99 min manatidi.
Qeyd edilib ki, kreditorlar tələblərini şirkətin hüquqi ünvanınagöndərə bilərlər.
Sözügedən internet provayder 2023-cü ildə Azərbaycanda dövlətqeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Heydərov KamranAvtandil oğludur.