AZ

MİDA-da ev almaq adı ilə vətəndaşları aldadan şəxsə hökm oxunub

Yazını böyüt
Yazını kiçilt

Bir neçə vətəndaşa MİDA-nın evlərini ucuz qiymətə satacağı ilə bağlı yalan vəd verərək dələduzluqda təqsirləndirilən Zamin Abdullayevə hökm oxunub.

Hafta.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilərək təqsirləndirilən şəxsə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsindən 178.2.2-ci (dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrinə tövsif edilib. Təqsirləndirilən şəxsə yekun olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Xatırladaq ki, dövlət ittihamçısı Orxan Mehdiyev məhkəməyə təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Qeyd edək, iş üzrə üç zərərçəkmiş olub və ümumi dəymiş ziyan isə 68 min manat dəyərləndirilib.Oxu.Az

Seçilən
41
4
hafta.az

6Mənbələr