İraqda hücumlar nəticəsində altı nəfər ölüb, dörd nəfər yaralanıb
İraqın Suriya ilə sərhədində yerləşən Ənbar əyalətində Xalq Səfərbərlik Qüvvələrinə (Həşd əl-Şabi) hücum nəticəsində altı nəfər həlak olub, dörd nəfər yaralanıb.
Həşd əş-Şaabi məsələ ilə bağlı yazılı açıqlama yayıb.
Bəyanatda deyilir: "Ənbar əyalətinin Qaim rayonundakı "Şəhid Heydər" nəzarət-buraxılış məntəqəsi sionistlərin hücumunda hədəfə alınıb. Hücum nəticəsində altı nəfər ölüb, dörd nəfər yaralanıb".
aia.az
Tərcümə şöbəsi